10:19 - 3.12.2024
3 dekabr, Fineko/abc.az. Azərbaycanda əksər sahələrə verilən kreditlərin həcmi artırılmalıdır.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Fotumunda İqtisadi İslahatların Təhlili Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
Çıxışında bəzi sahələrə ayrılmalı olan kreditlərin həcmindən danışan V.Qasımlı fikrini belə əsaslandırıb:
"Kiçik və orta biznesə verilən kreditlər artmalıdır. Daha dəqiq dəqiq desək bu sahədə kreditlər 15 faiz artırılmalıdır. Bununla yanaşı sığorta sahəsinə verilən kreditlər də artırılmalıdır. Burada isə hesab edirəm ki, artım 10 faiz olmalıdır".
Müəllif: Elmir Murad
17 Yanvar 2025
17 Yanvar 2025