Sabah Sabunçu rayonunun bir hissəsində su olmayacaq

10:22 - 3.12.2024


3 dekabr, Fineko/abc.az.  Sabunçu rayonu ərazisinin bir hissəsini içməli su ilə qidalandıran boruda aparılacaq təmir işləri ilə əlaqədar 4 dekabr tarixində gün ərzində suyun verilməsində fasilə yaranacaq.

Bu barədə ABC.AZ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına istinadla xəbər verir.