10:39 - 3.12.2024
3 dekabr, Fineko/abc.az. Cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63.8%-i nağdsız formada həyata keçirilib.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qnaunvericilik bazasından da danışıb.
"Bu sahədə beynəlxalq təcrübə tətbiq edildikdən sonra 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb. Həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə platformanın formalaşdırılması, sandbox rejiminin tətbiqi ilə innovativ həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət diqqəti cəlb edir", - deyə Z.Nuriyev əlavə edib.
Müəllif: Elmir Murad
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025