Koronavirus ABŞ-ın maliyyələşdirdiyi Çin laboratoriyasında yaradılıb

10:45 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. Nümayəndələr Palatasının COVID-19 Komitəsi 2 illik araşdırmadan sonra yekun hesabatını açıqlayıb. 

ABC.AZ xəbər verir ki, nəşr olunmuş sənədin əsas məqamları:

- Uhanda Virusologiya İnstitutu var, WIV adlanır;

- Orada ayrı-ayrı virusların, o cümlədən koronavirusların funksiyalarının gücləndirilməsi üzrə tədqiqatlar aparılıb;

- Çinlilər tez-tez təhlükəsizlik tədbirlərini pozurdular və bu da sıfır pasiyentin infeksiyasına səbəb ola bilib;

- Hələ 2019-cu ilin payızında bir neçə WIV işçisi simptomları ilə COVID-19-a bənzəyən bir xəstəliyə yoluxdular;

- ABŞ da bunda iştirak edib: qrant sistemi vasitəsilə WIV-də təcrübələri maliyyələşdirdilər. Yarasalarda koronavirusların araşdırılması və insanların bu virusa yoluxma ehtimalı da daxil olmaqla;

- Lokdaunlar hər şeyi yalnız pisləşdirdi və bütün nəsillər üçün — həm insanlar, həm də iqtisadiyyat üçün dəhşətli nəticələrə səbəb olacaq.