Banklardan dələduzluq halları ilə bağlı məlumatlar tələb ediləcək

14:23 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. Mərkəzi Bank kommersiya banklarından dələduzluq halları ilə bağlı statistik məlumatların verilməsini tələb edəcək.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu prosesə gələn ildən etibarən başlanılacaq. (Azərtac)