11:43 - 4.12.2024
4 dekabr, Fineko/abc.az. Bu ilin 1 noyabr tarixinə Azərbaycanın regionlarında uzun müddətə verilən kreditlərin həcmi millyi valyutada 18 milyard 918,6 milyon manata yaxın, xarici valyutada isə 3 milyard 874 milyon manat təşkil edib.
ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövr üçün verilmiş kreditlərin orta faiz dərəcəsi milli valyuta üzrə 14,68%-ə, xarici valyuta üzrə 5,44% təşkil edib.
Milli valyuta üzrə ən baha kredit 19,25% olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda, ən ucuz kredit isə 13,39% olmaqla Bakı iqtisadi rayonunda verilib.
Xarici valyuta üzrə ən baha kredit 7,88% olmaqla Qarabağ iqtisadi rayonunda, ən ucuz kredit isə 4,94% olmaqla Gəncə-Daşkəsən iqtisadi rayonunda verilib.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025