Bu ölkədə yeni ildən elektron siqaretlər qadağan ediləcək 

14:24 - 4.12.2024


4 dekabr, Fineko/abc.az. Vyetnam Xalq Məclisi ölkə hökumətinə müraciətində vətəndaşların, xüsusən də gənclərin elektron siqaretin zərərli təsirləri barədə qadağanın tətbiq edilməsini və məlumatlılığının artırılmasını xahiş edib. 

ABC.AZ xəbər verir ki, daha əvvəl Vyetnamın səhiyyə naziri Dao Hong Lan, elektron siqaretlərin insan sağlamlığına zərərli təsirləri səbəbindən qadağan edilməli olduğunu demişdi.

Xalq Məclisində, bu zərərli cihazların qadağan edilməsi və qanunsuz satışlara ciddi nəzarət edilməsi lazım olduğunu qəbul etdilər.
Vyetnam Səhiyyə Nazirliyi, elektron siqaretlərin ənənəvi tütün olmasa da, yüksək nikotin tərkibinə görə asılılıq yarada biləcəyini, onkologiya da daxil olmaqla bir sıra təhlükəli xəstəliklərə səbəb olduğunu bildirib.