15:48 - 4.12.2024
4 dekabr, Fineko/abc.az. Azərbaycanda 2024-cü ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 3 milyon 58,3 min nəfər sərnişin daşınıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2023-cü ilin eyni dövrü ilə ilə müqayisədə 887,8 min nəfər və ya 40,9% artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında isə hava nəqliyyatı ilə 2 milyon 170,5 min nəfər sərnişin daşınmışdı.
Cari dövrdə daşınmış sərnişinlərin 2 milyon 469,7 min nəfəri beynəlxalq, 588,6 min nəfəri isə daxili reyslərlə daşınıb.
Beynəlxalq reyslərdə sərnişindaşıma 858,9 min nəfər və ya 53,3%, daxili istiqamətdə 28,9 min nəfər (5,2%) artıb.
Hesabat dövründə sərnişin dövriyyəsi 1 936,9 milyon sərnişin-km (48,8%) artaraq 5906 milyon sərnişin-km təşkil edib. Xarici reyslər üzrə dövriyyə 1 916,7 milyon sərnişin-km (54,4%) artaraq 5 441,6 milyon sərnişin-km-ə, daxili reyslər üzrə isə 20,2 milyon sərnişin-km (4,5%) artaraq 464,4 milyon sərnişin-km-ə yüskəlib.
17 Yanvar 2025
17 Yanvar 2025