"Amazon" şirkəti ən güclü süni intellekt super kompüteri qurur

17:19 - 4.12.2024


4 dekabr, Fineko/abc.az. Amazon, Anthropic ilə birgə dünyanın ən güclü süni intellekt super kompüterlərindən birini yaradır.

ABC.AZ xəbər verir ki, bu sistem hazırkı Anthropic modelini hazırlayan klasterdən 5 dəfə böyük olacaq. Superkompüterdə Amazon-un ən son "Trainium 2" çipi istifadə ediləcək və dünyanın ən böyük süni intellekt maşını kimi təqdim ediləcək.

Amazon Web Services-in rəhbəri Matt Garman, Las Veqasda keçirilən Re:Invent konfransında "Rainer" layihəsini və yeni "Trainium 3" çipini təqdim edib. "Trainium 3" çipi dörd qat daha yüksək performans göstərəcək və 2025-ci ilin sonunda istifadəyə veriləcək.