Alman şirkəti Azərbaycan bazarından gedir

17:28 - 4.12.2024


4 dekabr, Fineko/abc.az. "Rhenus Freight East Gmbh" Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyi (VÖEN: 1304191301) ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49/C ünvanına bildirə bilərlər.

Qeyd edək ki, daşıma şirkəti olan şirkətin qanuni təmsilçisi  Yekaterina Zuban İqoryevnadır.