Bitkoin 100.000 dollarlıq tarixi həddi aşdı

10:19 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Dekabrın 4-dən 5-nə keçən gecə ilk kriptovalyuta 100.000 dollar səviyyəsindən inamla keçdi. Yazı zamanı aktiv 103.000 dollar civarında ticarət edilir.

ABC.AZ xəbər verir ki, artım ticarət həcminin əhəmiyyətli dərəcədə artması ilə dəstəklənib. Qiymət Binance birjasında 104.088 dollar səviyyəsində zirvəyə çatdı.

Bütün aktivlər bazarın flaqmanı ilə müqayisə olunan dinamika göstərməyib. Məsələn, ilk 10-luq arasında XRP, Solana, BNB Cardano qiymətləri düşüb.

Son 24 saat ərzində Bitkoin 7,1%, Ethereum isə 4,6% bahalaşıb.