Cari ilin on ayında debet kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

14:39 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 milyard 155 milyon manat təşkil edib.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd olunur ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 27 milyard 650 milyon manat artıb.

Hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 49 milyard 332 milyon manatı elektron ticarət vasitəsi ilə, 33 milyard 110 milyon manatı bankomatlar vasitəsi ilə, 10 milyard 205 milyon manatı POS-terminallar vasitəsi ilə, 67 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 2 milyard 441 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, cari ilin noyabrın 1-nə Azərbaycanda 16 milyon 935 min ədəd debet kartı olub.