14:47 - 5.12.2024
5 dekabr, Fineko/abc.az. Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2 %, 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.
ABC.AZ “Report”-a istinadla xəbər verir ki, şirkətin açıqladığı öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib.
Hesabata əsasən, 2024-cü ilin dördüncü rübündə ÜDM artımı üçüncü rübdəki 5,4 % qarşı 3 % səviyyəsində proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rübdə isə 3 % səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2 % təşkil edəcəyi proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % artıb.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 %, 2028-ci ildə 3,3 % səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 3,2 %, 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 3,2 %, 2025-ci ildə 2,5 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 %, 2025-ci ildə isə 2,7 % olacaq.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2024-cü ildə iqtisadi artım proqnozunu 2,7 %, gələn ildə isə 2,6 % səviyyəsində proqnozlaşdırılır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 %, 2025-ci ildə 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.
“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 %-dən 2024-cü ildə 2,1 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.
“Fitch Ratings” beynəlxalq reytinq agentliy ölkə iqtisadiyyatının bu il 3,2 %-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7 %-ə, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağını proqnozlaşdırılır.
16 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
13 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025