İlham Əiyev: Azərbaycanda uşaqların keyfiyyətli təhsil almaq üçün bütün imkanları var

15:27 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu işə başlayıb.

ABC.AZ xəbər verir ki, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və din məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısının forum iştirakçılarına müraciətini oxudu.

"Uşaqlara hərtərəfli qayğı ölkəmizdə dövlət siyasətinin ayrılmaz hissəsidir, ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən biridir. Bu istiqamətdə bir sıra mühüm işlər görülüb və aparılır. Uşaqlarımızın keyfiyyətli təhsil almaq, qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını ortaya qoymaq üçün bütün imkanları var", — deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, bu forum "yaşıl sülh naminə həmrəylik ili" çərçivəsində keçirilir. Uşaqların mövzusu və həsr olunduğu ekologiya aktuallığı ilə seçilir və təhlükəsiz mühitdə uşaqlarımızın həyatı baxımından xüsusi əhəmiyyət kəsb edir.