Mərkəzi Nəbatat Bağı əhali üçün açılır

16:17 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Mərkəzi Nəbatat Bağı bu gündən əhali üçün açılır.

ABC.AZ xəbər verir ki, Mərkəzi Nəbatat Bağı ilə tanışlıqla bağlı press-tur zamanı məlumat verilib.

İdarə Heyəti sədrinin müavini İlkin Qəhrəmanlı bildirib ki, giriş qiymətləri hələ ki, 2 manatdır: “Bu, 2013-cü ildə qəbul edilən qərara əsasəndir”.