Avropada tədricən qazın qiyməti azalacaq – Proqnoz

16:43 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, qurum 2024-cü il üçün TTF indeksi (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiymətini 34 avro səviyyəsində proqnozlaşdırır.

Bundan başqa “ING Group” Avropada qazın qiymətinin 2025-ci ildə 33 avro, 2026-cı ildə isə 28 avro səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.