Azərbaycan ATƏT-in iclası çərçivəsində Ermənistanla xarici işlər nazirlərinin görüşünü keçirməkdən imtina edib

16:48 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Azərbaycan Entoni Blinkenin ATƏT-in iclası çərçivəsində Ermənistanla xarici işlər nazirlərinin görüşünü keçirmək təklifindən imtina edib. 

ABC.AZ xəbər verir ki, imtinanın səbəbi ABŞ-ın Azərbaycana qarşı ədalətsiz, qərəzli siyasətidir.

Bayden Administrasiyası Ermənistan-Azərbaycan nizamlanmasını mülayimləşdirmək missiyasını yerinə yetirməyib. Bununla bağlı Bakı Vaşinqtonun sülh çağırışında iştirakını məqsədəuyğun hesab etmir.