Daha bir sığorta brokeri yaradıldı

09:59 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. Azərbaycanda yeni sığorta brokeri təsis edilib.

ABC.AZ xəbər verir ki, bu, “Ulduz Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət 3 dekabr 2024-cü il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun, ev 83, World Business Center, m. 4/3  ünvanında qeydiyyata alınıb.

Şirkətin nizamnamə kapitalı 170 manat olmaqla ona rəhbərliyi Əli Əfsanə Vilayət oğlu edəcək. Şirkətin rəhbəri sığorta agenti kimi fəaliyyət göstərib.

Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.