10:43 - 6.12.2024
6 dekabr, Fineko/abc.az. SpaceX-in qurucusu İlon Maskın süni intellekt (AI) sahəsində xAİ startapı təxminən 6 milyard dollar investisiya cəlb edib.
ABC.AZ xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib.
Məlumata görə, şirkət, ən azı bir milyon GPU daxil etməyi planlaşdırdığı Colossus AI superkompüterinin gücünü artıraraq generativ AI bazarındakı mövqeyini gücləndirməyə çalışır. Bundan əlavə, startap keçən ay OpenAI şirkətinin iddialarını genişləndirərək, ChatGPT AI əsaslı chatbot yaradıcısının rəqiblərinin hüquqlarını pozaraq AI bazarını inhisara almağa çalışdığını deyib.
Reuters yazır ki, investisiya cəlb edildikdən sonra startapın dəyəri 50 milyard dolları keçib. Bu fonda agentlik xatırladır ki, oktyabr ayında OpenAI 6,6 milyard dollar cəlb etdiyi investisiya raundunu bağlayıb, bundan sonra şirkətin kapitallaşması 157 milyard dollar dəyərində qiymətləndirilib.
xAİ startapı 2023-cü ildə Mask tərəfindən təsis edilib. Həmin ilin noyabr ayında şirkət ilk dəfə Grok AI əsaslı çatbot təqdim edib. Neyroşəbəkə X premium abunəliyi olan istifadəçilər üçün əlçatandır.
17 Yanvar 2025
17 Yanvar 2025