Qazaxıstandan taxıl ixracı 12 milyon tona çatacaq

10:49 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. Qazaxıstandan taxıl ixracı bu il 12 milyon tona çatacaq.

ABC.AZ xəbər verir ki, bunu hökumətin mətbuat xidmətinin məlumatında bildirilir.

“Qazaxıstan hər il 8-9 milyon ton taxıl ixrac edir ki, bunun da 6,5-7,5 milyonu buğdanın payına düşür. İxrac coğrafiyası 40-dan çox ölkəni əhatə edir. Ənənəvi bazarlar Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Çin, Türkiyə, İran, İtaliya və Tunisdir”, – məlumatda qeyd olunur.

Məlumata görə, noyabrın sonuna olan vəziyyətə görə Qazaxıstanın taxıl ixracı 6,3 milyon ton təşkil edib. Yeni məhsulun ixracı 2,37 milyon ton olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52% çoxdur.