Azərbaycanda əməkhaqqı ilə bağlı gözlənti nədir?

11:08 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. Azərbaycanda sahibkarlıq subyektlərində işçilərin orta aylıq nominal əməkhaqlarının 2024-cü ilin III rübü ilə müqayisədə IV rübdə əksəriyyəti dəyişməz qalacağını düşünüb və bu da öncəki rüblə müqayisədə bir qədər yüksəkdir.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işçi əməkhaqlarının artma, dəyişməz qalma və ya azalmasına dair respondentlərin fikirlərinin təhlili belədir:

Artacaq (11.6%)

Sahibkarlıq subyektlərinin 11,6%-i IV rübdə işçi əməkhaqlarının artacağını gözləyir.

Dəyişməyəcək (85.9%)

Subyektlərin böyük əksəriyyəti (85.9%) əməkhaqların sabit qalacağını düşünür.