11:24 - 6.12.2024
6 dekabr, Fineko/abc.az. Sumqayıt və Lənkəran şəhərlərində güzəştli satışa çıxarılan ümumilikdə 544 mənzilin seçim prosesi başlayıb.
ABC.AZ xəbər verir ki, prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən elan edilib.
Satışa çıxarılan mənzillərdən 392-si Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksinə, 152-si isə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksinə aiddir.
Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025