Yaponiyada "ilin avtomobili" mükafatına yekun vurulub

11:56 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. 14 ildə ilk dəfə Honda modeli qalib gəlib: Freed minivenin, rahatlığı və komfortu ilə yanaşı, münsiflər heyəti yüksək sürücülük keyfiyyətlərini qeyd edib. 

ABC.AZ xəbər verir ki, MİNİ Cooper ən yaxşı idxal avtomobili olaraq tanınıb, dizayna görə mükafata isə Mitsubishi Triton pikapı (L200) layiq görülüb. 
Bu il mükafat tarixində ilk dəfə Çin avtomobili qısa siyahıya düşüb — BYD Seal səkkizinci yeri tutub.