12:11 - 6.12.2024
6 dekabr, Fineko/abc.az. Azərbaycanda avtomobil parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsi zəruridir.
ABC.AZ xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib.
"Hər il orta hesabla 1 600-dən çox yol-nəqliyyat hadisəsi baş verir ki, bu da nəticədə yararsız nəqliyyat vasitələrinin sayının artmasına təsir göstərir. 2023-cü ilin statistik məlumatlarına əsasən, ölkəmizin nəqliyyat parkının yalnız 15 %-ə qədərini istehsal-buraxılış ili 10 ilə qədər olan nəqliyyat vasitələri təşkil edib. Bu rəqəmin özü də nəqliyyat parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsini zərurətə çevirib", - deyə o qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, ölkə Prezidentinin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub: "Dövlət Proqramının Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən, proqramın tətbiqində üç əsas istiqamət müəyyən edilib. Bunlar yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq və yerli avtomobil istehsalını stimullaşdırmaqdır. Proqramın hazırlanmasında 15-ə qədər dövlət orqan və qurumu, o cümlədən aidiyyəti mütəxəssis və ekspertlər iştirak edib, bir sıra ölkələrin təcrübələri araşdırılıb. Həmçinin, proqramın tətbiqi ilə əlaqədar mövcud qanunvericiliyə yeni müddəalar əlavə edilib, ümumilikdə 10-dan çox qanunvericlik aktına dəyişiklik və əlavələr olunub".
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025