Ən çox əməliyyat həyata keçirmiş investisiya şirkətləri – Siyahı

14:10 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. Bakı Fond Birjası bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyat sayının həcmini açıqlayıb.

ABC.AZ BFB-yə istinadən investisiya şirkətlərinin əməliyyat sayına istinadən bu barədə xəbər verir.

Məlumata görə ən yüksək göstərici "ABB İnvest İnvestisiya Şirkətində"dir - 106 min 840 əməliyyat.

"Unicapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 8 min 358 olub.

"Paşa Kapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 6 min 541 ədəd təşkil edib.

4-cü yerdə  4 min 53 əməliyyat sayı ilə "İnvest.Az İnvestisiya Şirkəti" qərarlaşıb.

"CPM-İnvest İnvestisiya Şirkəti" 3 min 536 əməliyyat sayı ilə 5-ci olub