Neft Fondunun AÇG-dən əldə etdiyi gəlir azalıb

15:41 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr dövründə Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından əldə olunan gəlirlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ilin 11 ayı ərzində AÇG yatağından 5 milyard 725.4 milyon dollar gəlir əldə olunub. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2.39% azdır. 2023-cü ildə bu rəqəm 5 865.8 milyon dollar təşkil edirdi.

2024-cü ilin ilk 11 ayında Şahdəniz yatağından qaz və kondensat satışından əldə edilən gəlir 416.174 milyon dollar olub ki, bu da 2023-cü ilin yanvar-noyabr dövründəki 1 183 milyon dollar ilə müqayisədə 64.8% azalma deməkdir.

Şahdəniz yatağından kondensat satışından əldə olunan gəlir 2024-cü ildə 115.409 milyon dollar təşkil edib. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 259.554 milyon dollar olub. Bu, illik 55.54% azalmadır.