Neft Fondunun “Şahdəniz” yatağının istifadəsindən gəlirləri azalıb

16:38 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 416,174 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 3,14 dəfə azalma deməkdir.

ARDNF-dən ABC.AZ-a verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.12.2024 tarixinə) 115,409 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə azalma deməkdir.