Ötən il KOB-lar 5 milyard 488 milyon manat qazanc əldə ediblər

17:18 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. Azərbaycanda mikro, kiçik və orta biznes (KOB) 2023-cü ildə 5 milyard 488 .19 milyon manat həcmində ümumi mənfəət əldə ediblər.

ABC.AZ  xəbər verir ki, bu da 2022-ci ildə qeydə alınmış 4 mlrd. 918.44 mln. manatla müqayisədə 12 faizdir.

Ümumi mənfəət şirkətlərin məhsul və ya xidmət satışdan əldə edilmiş gəlirlər ilə onun maya dəyəri arasında olan fərqdir.

Biznes subyektlərindən mikro biznesin ümumi mənfəəti 283.85 mln. manat, kiçik bizneslərin gəlirləri 1 mlrd. 295.44 mln. manat və orta bizneslər isə 3 mlrd. 908.9 mln. manat təşkil edib.

KOB-ların rentabellik səviyyəsi 2022-ci ildə 23.9 faiz olduğu halda, 2023-cü ildə bu rəqəm 24.8 faizə qalxıb.(Banker.az)