Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi oldu 

17:33 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. Türkiyənin sabiq xarici işlər naziri və BMT yanında Türkiyənin keçmiş nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub. 

ABC.AZ xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri, Malta xarici işlər naziri Yan Borq bildirib.

“ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - Baş katib. Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Hollandiya) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) - media azadlığı üzrə nümayəndəsi”, — deyə Borq X səhifəsində yazıb.