10:31 - 9.12.2024
9 dekabr, Fineko/abc.az. Azərbaycandan xarici bazarlara nar ixracı davam edir.
ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 29,359.6 ton nar ixrac olunub.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2% çoxdur.
Qeyd edək ki, əvvəlki ilin ilk 11 ayında Azərbaycandan xaricə 27 milyon 382 min ABŞ dolları dəyərində 25 min 259 ton nar ixrac olunmuşdu.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025