Mərkəzi Bank iki şirkətin və 5 şəxsin sığorta lisenziyasını ləğv edib

11:43 - 9.12.2024


9 dekabr, Fineko/abc.az. Lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Mərkəzi Bankının İdarə Heyətinin 20 noyabr 2024-cü il tarixli Qərarına əsasən 2 hüquqi şəxsə və 5 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, həmçinin Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.