12:20 - 9.12.2024
9 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 46,3 milyon manat təşkil edib.
ABC.AZ Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 1 dekabr 2024-cü il tarixinə ehtiyatların qalıq məbləği ilin əvvəli ilə müqayisədə, 3 dəfə artaraq, 20,1 milyon manata çatıb.
Hesabat dövründə verilən güzəştli kreditlərin 16,6 milyon manatı geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 3 dəfə üstələyir.
Bununla yanaşı, problemli kreditlərin geri qaytarılması üzrə 10,5 milyon manat vəsait toplanıb ki, bu da 2023-cü ilin yanvar-noyabr aylarına nisbətdə 14 dəfə çoxdur.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025