12:25 - 9.12.2024
9 dekabr, Fineko/abc.az. Fransanın paytaxtı Paris dördüncü ildir ki, Euromonitor International versiyasına görə dünyanın ən yaxşı 100 şəhərinin reytinqinə başçılıq edir.
ABC.AZ xəbər verir ki, tərtib edərkən altı əsas meyar üzrə 55 parametr nəzərə alınmışdı: iqtisadi və biznes göstəriciləri, turizm infrastrukturu, turizm siyasəti, səhiyyə, təhlükəsizlik və davamlı inkişaf.
Madrid ikinci, Tokio üçüncü, Roma dördüncü yeri tutur, Milan ilk beşliyi tamamlayır. İlk onluğa Nyu-York (6-cı yer), Amsterdam (7), Sidney (8), Sinqapur (9) və Barselona (10-cu yer) daxildir.
Böyük Britaniyanın ən yüksək reytinqli şəhəri olan London 10-dan 13-ə enərək Taipei (11-ci yer) və Seula (12-ci yer) yer verib. Həmçinin dünyanın ən yaxşı iyirmi şəhərində Dubay (14-cü yer), Berlin (15), Osaka (16), Banqkok (17), Los-Anceles (18), İstanbul (19) və Melburn (20-ci yer) qərarlaşıb.
Siyahının sonunda Qüds, Zhuhai və Qahirə qərarlaşıb.
17 Yanvar 2025
17 Yanvar 2025