Çin dünyanın ən böyük valyuta ehtiyatlarına malikdir

14:55 - 9.12.2024


9 dekabr, Fineko/abc.az. Dünyanın ən böyük valyuta ehtiyatlarına sahib olan Çinin ehtiyatları açıqlanıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən ölkənin noyabrda ehtiyatları 0,15% artıb. Bununla da Çinin valyuta ehtiyatları 3 trilyon 265,9 milyard dollar təşkil edib.

Qeyd edək ki, yuanın məzənnəsi keçən ay dollara nisbətdə təxminən 1,8% ucuzlaşıb. ABŞ dolları isə əsas dünya valyutaları səbətinə nisbətən 1,8% bahalaşıb.

Noyabrda artan tək Çinin valyuta ehtiyatları olmayıb. Belə ki, ötən ayın sonunda Çində qızıl ehtiyatları da çoxalıb.  72,8 milyon unsiya artan Çinin qızıl ehtiyatları 72,96 milyon unsiya təşkil edib. Bundan əvvəl qiymətli metal ehtiyatlarının həcmi altı ay ərzində dəyişməyib.

Müəllif: Elmir Murad