Azərbaycanda bağlanmış əmək müqavilələri bu qədər artıb

15:57 - 9.12.2024


9 dekabr, Fineko/abc.az. Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482.194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 1.884.109 olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 450.212 vahid artaraq 990.134 təşkil edib.