Azərbaycan 10 ayda xaricdən 58 milyon dollarlıq düyü alıb

17:12 - 9.12.2024


9 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 58 milyon 140 min dollar dəyərində 55 min 961 ton düyü idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir ki, düyü idxalı 2023-cü ilin 10 ayı ilə müqayisədə dəyər baxımından 15 milyon 38 min və ya 34,9%, miqdar ifadəsində isə 17,4% artıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 43 milyon 102 min dollar dəyərində 47 min 674 ton düyü idxal edilib.