10:30 - 10.12.2024
10 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 222,77 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi qeyd edib.
Belə ki, Çin 104,19 milyard dollar dəyərində ölkəyə mal ixrac edib, Rusiyadan isə 118,57 milyard dollarlıq mal idxal edib.
Rusiya ixracının əsas hissəsini enerji resursları - neft, təbii qaz və kömür təşkil edib.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025