Azərbaycanda özəl pensiya fondları yaradılır?

10:50 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

ABC.AZ Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.