“OMİD” MMC ikinci dəfə cərimələnir

10:56 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. “OMİD” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

ABC.AZ-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkətlə bağlı müraciətə baxılıb.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "OMİD” şirkəti inşaat mallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Şirkət daha əvvəl eyni və digər xətaya görə bir neçə dəfə cərimələnmişdi.