“Boeing”in işçi qüvvəsini 10 faiz azaldır

11:11 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. ABŞ-ın qlobal aviasiya şirkəti “Boeing”in işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, sözügedən plan çərçivəsində şirkət 396 əməkdaşını işdən çıxaracaq. Şirkət ixtisarı gələn ilin fevral ayından etibarən həyata keçirəcək.

"Boeing" şirkəti fabrik işçilərinin sentyabr ayında tətilə çıxmasından sonra xərcləri azaltmaq üçün işə qəbulu dondurmaq, səyahətləri dayandırmaq və vacib olmayan xərcləri dayandırmaq kimi tədbirlər planladığını açıqlayıb.

Müəllif: Elmir Murad