Politico: AB ticarət tədbirlərini zəiflətmək müqabilində ABŞ-ın LNG və silahlarını ala bilər

11:15 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. Avropa İttifaqı Donald Trampın Ağ Evə qayıdışından sonra ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) və hərbi texnika alacaq. 

ABC.AZ xəbər verir ki, bu barədə Politico nəşri adı açıqlanmayan Avropa Komissarına istinadən məlumat verib.

Məqalə müəllifinin vurğuladığı kimi, Tramp administrasiyası əvvəlcə Çindən gələn mallara yüksək tariflər tətbiq etsə də, Çin məhsulları bazarına gəlməyə başlayanda Avropa yenə də nəticələrlə üzləşəcəkdir.