18:14 - 3.09.2018
3 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 45 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 10,5 m3/s təşkil edərək ongünlük normanın 14 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Bankədə 5, Şirvanda 6 sm artım qeydə alınıb, lakin Salyan və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2017-ci il sentyabrın 03-də 331 sm), Şirvanda 179 sm (2017-ci il sentyabrın 03-də 205 sm), Salyanda 103 sm (2017-ci il sentyabrın 03-də 144 sm), Bankədə 177 sm (2017-ci il sentyabrın 03-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2017-ci il sentyabrın 03-də 50 sm) təşkil edir.
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024