11:54 - 10.12.2024
10 dekabr, Fineko/abc.az. "Sumqayıt Tekstil” MMC statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə cərimələnib.
ABC.AZ-ın məlumatına görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd edək ki, 10 112 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru və qanuni təmsilçisi Fərid Rzabəylidir.
17 Yanvar 2025
17 Yanvar 2025