Valyuta hərracında banklar tələbi 11,24% artırıb

12:33 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, dekabrın 10-da valyuta hərracında bankların tələbi 65,3 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 6,6 milyon dollar (11,24%) çoxdur. Dekabrın 5-də keçirilən valyuta hərracında AMB banklara 58,7 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.