Aktiv vergi ödəyicilərinin sayı 800 mini ötüb

14:18 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. 1 dekabr 2024-cü il tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 5,2% artaraq 800,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 13,9% artaraq 52 min təşkil edib.

ABC.AZ Dövlət Vergi xidmətinə istinadən xəbər verir ki, cari ilin dekabr ayının 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5% artıb və 215,7 min olub.