“Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyası ləğv edilib

16:08 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. Mərkəzi Bank “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib.

ABC.AZ tənzimləyici orqana istinadən xəbər verir ki, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.

Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.

Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.