17:28 - 10.12.2024
10 dekabr, Fineko/abc.az. Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC ayaqqabı istehsalı sahəsində EN ISO 20345:2022 və EN ISO 20347:2022 beynəlxalq standartlara uyğunluq sertifikatlarına layiq görülüb.
ABC.AZ xəbər verir ki. bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulların Avropa bazarına ixracına imkan yaradır.
Bildirilib ki, hazırda şirkət tərəfindən istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə MDB, Avropa ölkələri ilə danışıqlar aparılır.
Qeyd edək ki, Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabı təşkil edir.
17 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025