14:44 - 11.12.2024
11 dekabr, Fineko/abc.az. “Audi” şirkəti dünya üzrə 604 min 543 avtomobili iki kampaniya çərçivəsində geri çağırır. ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, avtomobillərin geri çağrılmasının əsas səbəbi emissiya problemləri ilə əlaqədardır.
Qeyd edək ki, birinci və daha böyük geri çağırma kampaniyası Federal Avtomobil Nəqliyyatı İdarəsi (KBA) tərəfindən siyahıya alınan 342 min 179 avtomobili əhatə edəcək . 2005-2010-cu illər istehsalı olan A4, A6 və A8 model avtomobillərin 128 min 959-u Almaniyadadır.
İkinci geri çağırma isə 2010-2017-ci illərdə istehsal olunan 262 min 264 ədəd A4, A5, A6, A7, A8, Q5 və Q7 model avtomobilləri əhatə edir. Bu avtomobillərin isə 50 min 713-ü Almaniyadadır. Həmin avtomobillərdə işlənmiş qazın təkrar dövriyyəsi səviyyəsinin normalara uyğun gəlmədiyi bildirilir.
Müəllif: Elmir Murad
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025
13 Yanvar 2025