Nəhəng neft şirkətləri 10 ayda 214,51 milyard dollar mənfəət əldə edib

15:06 - 11.12.2024


11 dekabr, Fineko/abc.az.  Dünyanın 9 ən böyük neft şirkətinin yanvar-sentyabr dövründə qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalıb və təxminən 182,15 milyard dollara enib.

ABC.AZ xəbər verir ki, bu maraqlı statistikanı "Anadolu Agentliyi" açıqlayıb.

Məlumata görə, Amerikanın "ExxonMobil" və "Chevron", Niderlandın "Royal Dutch Shell", Britaniyanın "BP", Fransanın "TotalEnergies", İtaliyanın "Eni", Rusiyanın "Rosneft", Norveçin "Equinor" və Səudiyyə Ərəbistanının milli şirkətləri "Saudi Aramco"nun ümumi mənfəəti 15,1 faiz azalıb.

Sözügedən dövrdə "Saudi Aramco" 83,91 milyard dollar, "ExxonMobil" 26,1 milyard dollar, "Shell" 20 milyard dollar, "Chevron" 14,49 milyard dollar, "TotalEnergies" 11,8 milyard dollar, "Rosneft" 8,72 milyard dollar, "BP" 7,75 milyard dollar, "Equinor" 6,83 milyard dollar mənfəət əldə edib. 

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında şirkətlər təxminən 214,51 milyard dollar mənfəət əldə edib.