"Coca-Cola"ya qarşı məhkəmə iddiası qaldırılıb

15:35 - 11.12.2024


11 dekabr, Fineko/abc.az. ABŞ-də bir kişi "The Coca-Cola Company", "Mondelez International" və digər doqquz sərinləşdirici içki və şirniyyat istehsalçısına qarşı məhsulların uşaqlarda asılılıq və xroniki xəstəliklərə səbəb ola biləcəyi iddiaları ilə bağlı ilk dəfə məhkəmə iddiası qaldırıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Morgan & Morgan" hüquq firması məlumat yayıb.

O iddia edir ki, "Coca-Cola" və "Pepsi" içkiləri 16 yaşına qədər uşaqlarda diabet və qaraciyərin yağlanması xəstəliyinə səbəb olub.

İddia ərizəsində bildirilir ki, qida sənayesi nəhəngləri öz istehsallarında məhsulların emalına əl atırlar ki, bu da uşaqlarda asılılıq yarada bilər və xroniki xəstəliklərin inkişafına səbəb ola bilər.